Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Braziliya millisi turnirdən imtina etdi

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyanın millisi Amerika Kubokunda iştirakdan imtina edib.

Press.az AS-a istinadən xəbər verir ki, yığmanın futbolçuları Amerika Kubokunun Braziliyada keçirilməsi qərarından narazıdırlar. Oyunçular Braziliya Futbol Federasiyasının rəhbəri Rojerio Kaboklo ilə danışıqlarda kubokda iştirakdan və ya yarışın ləğvindən imtina imkanını müzakirə ediblər. Nəticədə futbolçular yarışda iştirak etməmək barədə qərar qəbul ediblər. Həmçinin məlumata görə, onlar başqa yığmaların oyunçularını da bu il Amerikanın Kubokunun keçirilməsinə qarşı mütəşəkkil çıxış etmək barədə razı salacaqlar.

Qeyd edək ki, Amerikanın Kuboku yarışını Kolumbiya və Argentina qəbul etməli idi. Mayda CONMEBOL Kolumbiyanı ölkədə kütləvi etirazlara görə yarışın keçirilməsi hüququndan məhrum edib. Ötən ayın sonunda təşkilat elan edib ki, Argentina da matçları qəbul edə bilməyəcək. Buna ölkədəki koronavirus pandemiyası səbəb olub. Amerika Kuboku Braziliyada iyunun 13-dən iyulun 10-a qədər keçirilməlidir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI