Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rafael Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisinin sabiq deputatı Rafael Kamil oğlu Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır.

Press.az-ın “Report”a istinadən xəbərinə görə, həmin şəxs “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

Qeyd edək ki, İ.Axundovun adı zaman-zaman mətbuatda qalmaqallarda çəkilib. O, dələduzluq ittihamları və övladlarının lüks həyatı və s. ilə gündəmə gəlib.

Xatırladaq ki, R.Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
OTACI