Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid Eldəniz Verdiyevlə vida mərasimi keçirilir

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyevlə vida mərasimi keçirilir.

Press.az-ın məlumatına görə, şəhidin nəşi ailəsinin yaşadığı Göygöl rayon Murovdağ qəsəbəsindəki evə gətirilib.

Vida mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid E.Verdiyev subay idi.

Xatırladaq ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Oxşar xəbərlər
OTACI