Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ana və 2 azyaşlı uşağın diri-diri yandığı evdən dəhşətli görüntülər - VİDEO

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad rayonunda dəhşətli hadisə yaşanıb. Rayonun Zəngilan kəndində yerləşən evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Həmin vaxt evdə olan 27 yaşlı ana və iki azyaşlı övladı yanaraq dünyasını dəyişib.

Press.az xəbər verir ki, “Elgizlə izlə” proqramının çəkiliş heyəti hadisə yerində olub. Onlar mərhunun yaxınlarından və qəza şahidlərindən hadisənin təfərrüatlarını öyrəniblər.

Verilən məlumatlara görə, qəza gecə saat 03-00 radələrində baş verib. Evdə sadəcə ana və azyaşlı iki oğlu olub. Həyat yoldaşı isə bir müddət əvvəl Rusiyaya işləməyə getdiyindən həmin vaxt evdə olmayıb.

Çəkiliş zamanı yanaraq külə dönən və bir ailənin faciəsinə səbəb olan evdən dəhşətli kadrlar lentə alınıb.

Oxşar xəbərlər
OTACI