Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” püşkü gözləyir

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Premyer Liqamızda son mövsümün gümüş mükafatçısı “Qarabağ” iyunun 14-də hazırlığa başlayacaq.

Press.az xəbər verir ki, bu barədə Qol.az-a klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, pandemiyanın yaratdığı problemlər səbəbindən hələlik təlim-məşq toplanışının 2-ci mərhələsinin hansı ölkədə olacağı dəqiqləşməyib: “Bakıda yığışırıq, amma 2-ci mərhələnin harada olacağı hələlik dəqiqləşməyib. Püşkü gözləyirik. Həm də pandemiyanın da təsiri var. Bu vəziyyətdə komandalar harada olacaq, necə olacaq, hələlik bilinmir. Yoxlama oyunları keçirilməlidir. Bütün bunları nəzərə alaraq qərar veriləcək. Düzdür, variantlar var, amma yekun qərar verilməyib”.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm ölkəmizi yeni yaradılan Konfrans Liqasında təmsil edəcək. Ağdam klubu mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyulun 12-də atılacaq. İlk oyunlar iyulun 22-də, cavab matçları 29-da keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI