Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Neftçi” nə vaxt başlayır?

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” hazırlıqlara gələn həftə başlayacaq.

Press.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, komandanın ölkə xaricində hazırlıq keçəcəyi dəqiq olsa da, hələlik bəzi detallar nəzərdən keçirilir: “Komanda iyunun 8-də Bakıda hazırlıqlara start verəcək. İyunun 15-i, yaxud da 16-da ölkə xaricinə getməyi planlaşdırırıq. Ancaq dəqiq tarix və hazırılıq keçəcəyimiz ölkənin adını indi açıqlaya bilmərik. Yaxın günlərdə bu məsələlərə aydınlıq gələcək”.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 6-7 iyul, cavab matçları isə 13-14 iyulda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI