logo
First slide

Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olundu - FOTO

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Press.az-a verilən məlumata görə, ƏƏSMN tərəfindən Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması tədbirində bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 500-ü təqdim edilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov Sərəncama əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaş mənzil və fərdi evlə təmin olunacağını vurğulayıb. O qeyd edib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9700 mənzil və fərdi ev verilib.

“Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun prezidenti Rauf Zeyni və “Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi”nin sədri Şəmistan Əlizamanlı postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərindən bəhs ediblər. Ölkədə həssas əhali qruplarına dövlət qayğısının əyani təzahürü olan bu tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya və mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər
OTACI
OTACI