Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır"

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib”.

Bu jurnalistlərə açıqlamasında işğaldan azad olunmuş Ağdam rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O xatırladıb ki, artıq Prezidentin rəhbrəliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb:

“Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər. Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”.

Report

Oxşar xəbərlər
OTACI