logo
First slide

Şəhid Fərid Seyfullayevin ikinci qız övladı dünyaya gəlib - FOTO

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Fərid Seyfullayevin ikinci övladı dünyaya gəlib.

Press.az-ın məlumatına görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb.

Fərid Seyfullayevin yeni doğulan körpəsini Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından evə ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, "YAŞAT" Fondunun nümayəndələri, şəhidin hərbiçi yoldaşları və gənc könüllülər əsl bayram abu havası ilə yola salıblar. Əllərindən üçrəngli bayrağımızı və xüsusi şuarları dalğalandıran könüllü gənclər gələcəyimiz olan körpəyə xoş arzularını səsləndiriblər. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova Seyfullayvelər ailəsini təbrik edərək, gələcəyimiz olan körpəyə sağlam həyat arzulayıb. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən yeni doğulan körpəyə hədiyyələr təqdim olunub.

Bu, şəhidin ikinci qız övladıdır. Fəridin birinci övladı Aylanın 1 yaşı var. Şəhid Fərid Seyfullayevin övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Sonda şəhidin yeni doğulan övladı xüsusi bəzədilmiş maşın karvanı ilə yaşadığı kənddə yola salınıb. Qeyd edək ki, şəhid Fərid Seyfullayev Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. Seyfullayev 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb.

Oxşar xəbərlər
OTACI
OTACI