Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ: Kələbəcərdə iki jurnalist minaya düşərək həlak olub, yaralılar var - YENİLƏNİB + FOTO

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının çəkiliş qrupu Susuzluq kəndi ərazisində minaya düşüb.

İki jurnalistin həlak olduğu hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.

12.47

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Press.az xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndində qeydə alınıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücü Emin Məmmədov və kənd sakini yaralanıb.

Oxşar xəbərlər
OTACI