Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həbib futbol klubu ilə müqavilə bağlayır

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov karyerasını futbolçu kimi davam etdirəcək.

Press.az xəbər verir ki, 32 yaşlı idmançı Rusiyanın 3-cü divizionunda mübarizə aparan "Legion Dinamo" (Mahaçqala) ilə müqavilə imzalayacaq.

Bununla bağlı klub prezidenti Şamil Lahiyalov İnstaqramda məlumat paylaşıb. O, Həbiblə imzalanmalı olan müqavilənin şəklini paylaşaraq yazıb: "Növbəti addım sənindir, Həbib".

Klub rəhbəri yerli mətbuata açıqlamasında Həbibi hücumçu kimi gördüyünü bildirib.

Qeyd edək ki, Nurməhəmmədov bir müddət əvvəl peşəkar futbolçu olmaq istədiyini açıqlamışdı. O, peşəkar karyerasında keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI