Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pakistan Prezidenti: "Həmişə Azərbaycanın haqq işində onun yanında olmuşuq və bundan sonra da belə olacaq"

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb".

Press.az-ın xəbərinə görə, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Pakistan Prezidenti bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb:

"Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq".

Oxşar xəbərlər
OTACI