Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid Elvin Mustafayev dəfn edilib - VİDEO - YENİLƏNİB

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi torpağa tapşırılıb.

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayev dəfn edilib.

Allah rəhmət eləsin!


09:49

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi ailəsinə verilib.

Ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.

Report

Oxşar xəbərlər
OTACI