Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə millisindən qələbə

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə millisi Avro-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib.

Press.az xəbər verir ki, "ay-ulduzlular" Moldova yığması ilə qarşılaşıblar. Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb - 2:0.

Qolları Burak Yılmaz (58) və Cengiz Ünder (77) vurub.

Qeyd edək ki, Şenol Günəşin komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, 2-ci oyunda Qvineya ilə qolsuz heç-heçə edib.

Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrupunda Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI