Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bütün ailəsini Xocalıda itirən Baloğlan dayı vəfat etdi

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocalıda bütün ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.

Press.az-ın xəbərinə görə, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

B.Allahyarov Xocalının işğalından sonra Mingəçevirdə yaşayıb.

Qeyd edək ki, Xocalı soyqırımında onun hərbçi olan oğlu öldürülüb. O, oğlunun nəşini belə ala bilməyib.

Gəlini amansızlıqla qətlə yetirilən Xocalı sakini bir həftə sonra onun meyitini ala bilib. B.Allahyarov həyat yoldaşını da Xocalıda düşmən gülləsindən itirib.

O, Mingəçevirə gəldikdən sonra Şəkidən övladlığa uşaq götürərək, onunla yenidən həyata bağlanıb.

Oxşar xəbərlər
OTACI