Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçayda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin fevral ayının 2-də Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Polad Salehovu qəsdən öldürüb.

Ruslan Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Oxşar xəbərlər
OTACI