Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peyvənddən 2 gün sonra ölən şəxslə bağlı xəstəxanadan - AÇIQLAMA

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov iki gün sonra vəfat edib.

Press.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün "Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu "Baku Medical Plaza” klinikasına yerləşdiriblər.

Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.

Oxşar xəbərlər
OTACI