Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadakı azərbaycanlı miqrantların nəzərinə - YENİ QƏRAR verildi

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya hökuməti rus dilini, tarixini və ölkə qanunvericiliyinin əsaslarını miqrantlar üçün minimum səviyyədə bilmək üçün tələbləri təsdiqləyib.

Press.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Miqrantlardan tələb olunur ki, sosial, gündəlik həyatda və bəzi peşələrdə sərbəst rus dilində danışsınlar. Bu hal işə qəbul, xəstəxana və polisə müraciət zamanı tətbiq olunur. Miqrantlar tələb olunan sənədləri sərbəst şəkildə doldurmağı da bacarmalıdır.

Həmçinin miqrantlar Rusiya tarixindən də imtahan verəcəklər. Onlardan əsas hadisələr, böyük şəhərlərin adları və dövlətin əsas bayramları barədə imtahan götürüləcək.

Bundan əlavə, ölkədə olduqları müddətdə hüquqlarını, azadlıqlarını və vəzifələrini də bilməlidirlər.

Oxşar xəbərlər
OTACI