Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xalq artisti infarkt keçirdi, vəziyyəti ağırdır

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Press.az xəbər verir ki, bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Oxşar xəbərlər
OTACI