Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda özünə yüngül yanıq xəsarəti yetirən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

02 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırmağa cəhd etməsilə bağlı paylaşımlar edilib.

Bununla bağlı mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən Press.az-a bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb:

"Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib".

Oxşar xəbərlər
OTACI