Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Goranboy sakini atasını öldürən sürücüdən qisas aldı - YENİLƏNİB

18 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Rayonun Quşçular kəndində Müzəffər Salmanovu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov "VAZ-2106" markalı avtomobillə atasını vuran şəxsi, Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.

Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

22:36

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Quşçular kəndində qeydə alınıb.

Belə ki, Müzəffər Salmanov və onun 38 yaşlı oğlu Əsgər Salmanovu avtomobil vurub.

M. Salmanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, onun oğulu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI