Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sosial şəbəkədə narkotik vasitələri təbliğ edən şəxs saxlandı - VİDEO

18 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdən birində profil açaraq heç kimdən çəkinmədən narkotik vasitələrin qəbulunu və cinayətkarlığı təbliğ edən videolar yayan, o cümlədən şəbəkə istifadəçilərinə qarşı təhqiramiz ifadələr işlədən şəxsi polis tərəfindən saxlanılıb.

Həmin şəxs Nəsimi rayonunda yaşayan Nurəddin Cəfərzadədir.

Şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə (3 qram) narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

N.Cəfərzadə ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin təbliğini narkotikin təsiri altında etdiyini boynuna alıb və bu əməlindən peşman olduğunu bildirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI