logo
First slide

Ukrayna parlamenti qarşısında Xocalı soyqırımıyla bağlı məsələ qaldırıldı - FOTO

18 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Cəlal Hüseynov təşkilat adından bu ölkənin parlamentinə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına dair Ukrayna prezidentinin Krım Muxtar Respublikası üzrə nümayəndəsi Anton Korineviçə müraciət edib. 

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, Anton Korineviç bununla əlaqədar Ukrayna Ali Radasının komitəsinə müraciət ünvanlayaraq parlamentdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının müzakirə edilməsi və siyasi qiymətin verilməsi təklif olunub.

Ukrayna Ali Radasının insan haqqları, milli azlıqlar, millətlərarası münasibətlər və müvəqqəti işğal olunmuş ərazilərin azad olunması və reinteqrasiyası üzrə Komitəsinin sədri Dmitri Lubinetsin imzası ilə cavab məktubu gəlib. Məktubda vurğulanıb ki, Ukrayna dözümsüzlük və ayrı-seçkiliyə əsaslanan bütün fəaliyyəti qətiyyətlə pisləyir. 

Ukrayna çoxmillətli dövlət olaraq, milliyyətindən asılı olmayaraq hər bir insanın həyatına və ləyaqətinə yüksək dəyər verir. Tolerantlıq, xalqın bütün etnik qruplarının bərabərliyi prinsipinin təsdiqi Ukrayna dövlət orqanlarının əsas vəzifələrindən biridir. Cavab məktubunda Ukrayna parlamentində Xocalı soyqırımına siyasi qiymətin verilməsinə dair müraciətin Ukrayna icra hakimiyyətinin mərkəzi orqanının münasibəti əsasında baxıla biləcəyi qeyd edilib.

 

Oxşar xəbərlər
OTACI
OTACI