Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sergey Kozlov: “Ermənistanda seçkilər bitdikdən sonra Zəngəzur dəhlizi açılacaq”

18 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib və bunun ardınca Ermənistanın Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə etmədiyini və etməyəcəyini birmənalı şəkildə bildirib. Elə bununla da, o, bölgədə kommunikasiya açılmasına qarşı çıxan erməni müxaliflərinin xoruna qoşulub və əslində Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında özünün imzaladığı üçtərəfli bəyanata qarşı çıxıb.

Elə həmin gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. Məcburi məqamlardan biri də hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan arasında Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin açılmasıdır.

“Sibir-Avrasiya” Ekspert klubunun icraçı direktoru, Sibir İdarəetmə İnstitutunun Siyasət və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Sergey Kozlov Caliber.Az-la bu barədə söhbətləşib.

O qeyd edib ki, erməni tərəfinin dəhliz haqqında söhbətləri seçkiqabağı ehtiraslar və müharibədəki məğlubiyyətdən irəli gəlir:

- Ermənistandakı bütün siyasi qüvvələr 20 iyun seçkilərində səs qazanmaq üçün “müharibədən sonrakı sindrom” haqqında spekulyasiya edirlər. Müharibəni uduzdular, erməni tərəfinə elə gəlir ki, haqsız olaraq məğlub olublar, deyirlər ki, bir az da keçsəydi irəli gedəcəydik və s. Ərazilər Azərbaycana qayıtsa da, “onlara dəhliz verməyəcəyik” və beləliklə kiçik bir qələbə qazanacağıq.

Ancaq bu heç də seçkilərdən sonra dəhlizin təmin olunmayacağı anlamına gəlmir. Seçki öncəsi vədlər vermək başqa, Rusiyanın himayəsi altında aparılan danışıqlar zamanı götürdüyü öhdəlikləri yerinə yetirmək başqa.

- Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və digər yüksək rütbəli Rusiya rəsmiləri bölgənin iqtisadi inkişafı üçün nəqliyyat dəhlizlərinin açılmalı olmasını dəfələrlə vurğulayıblar. Ancaq artıq Nikol Paşinyan özü də deyir ki, Ermənistan Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə belə etməyəcək.

- Bu cür bəyanatlar, dediyim kimi, seçki öncəsi təbliğat kimi qiymətləndirilə bilər. Üstəlik, Nikol Paşinyan ziddiyyətli açıqlamaları ilə tanınır.

Nəqliyyat dəhlizlərinin açılmasından iqtisadi fayda var, mütəxəssislər bunu başa düşməyə bilməzlər, amma indi yalnız söhbət seçkiqabağı piar və təbliğatdan gedir. Seçkilər keçirildikdən sonra digər qərarlar qəbul ediləcək, amma ictimai müstəvidə yox qapalı nazirlik ofislərində. 

Oxşar xəbərlər
OTACI