Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə 1 ton 500 kq narkotik vasitə məhv edilib

18 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Oxşar xəbərlər
OTACI