Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmləri AÇIQLANDI

17 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 7 mlrd 837 mln 583,3 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə Press.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə. ötən 4 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 1 mlrd 131 mln 480,27 min ABŞ dolları təşkil edib.

Bu həcmlərin 5 mlrd 145 mln 932,31 min kubmetri Türkiyəyə, 1 mlrd 737 mln 972,57 min kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən 4 ay ərzində İtaliya 733 mln 860,78 min kubmetr, Yunanıstana 127 mln 818,77 min kubmetr, Bolqarıstana isə 91 mln 998,86 min kubmetr təbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-aprel aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 708 mln 343,07 min ABŞ dolları, Gürcüstana 227 mln 406,77 min ABŞ dolları təşkil edib.

Həmçinin, bu ilin yanvar-aprel aylarından Azərbaycandan İtaliyaya 150 mln 781,7 min ABŞ dolları, Yunanıstana 32 mln 774,78 min ABŞ dolalrı və Bolqarıstana isə 12 mln 173,95 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Oxşar xəbərlər
OTACI