Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı sakininin üzərindən yarım kq heroin çıxdı - VİDEO

17 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı saxlanılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədi ilə alıb.

Saxlanılan şəxs barəsində 25-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI