Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

17 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Press.az-a verilən məlumata görə, mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 395 186 m² (139.5 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxşar xəbərlər
OTACI