Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Avroviziya”nın açılış mərasimi keçirilir - Canlı

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimi keçirilir.

Press.az xəbər verir ki, Firuzəyi Xalçadan müsabiqəçilər və müxtəlif ölkələrin nümayəndələri keçəcəklər.

Açılış mərasiminə Niderlandın Rotterdam şəhəri ev sahibliyi edir.

Xatırladaq ki,  Polşa nümayəndə heyətinin  üzvündə ötən gün “COVID-19” aşkarlandığına görə, Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayacaq.

Qeyd edək ki, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Ölkəmizi bu müsabiqədə Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda çıxış edəcək.

 

Oxşar xəbərlər
OTACI