Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda işıqforun işləməməsini bildirmək üçün qeyri-adi “çıxış yolu” - FOTO

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Binəqədi rayonundakı işıqforlardan birinə naməlum şəxs tərəfindən üzərində “Qırmızı işləmir, ehtiyatlı olun” yazısı olan qeyd yapışdırılıb.

Buna səbəb işıqforun qırmızı işığının işləməməsi olub.

Məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, yaranan problemə səbəb həmin ərazidəki paylayıcılarda qısaqapanmaların olmasıdır:

“Fotolarda gördüyünüz işıqfor Binəqədi şossesində yerləşir. Həmin ərazidə elektrik paylayıcısında qısaqapanma baş verib. Nəticədə işıqforun bəzi hissələrində zədələnmələr olub. Bu səbəbdən də qırmızı işıq yanmır. Lakin hazırda işıqforun zədələnmiş hissələrinin dəyişdirilməsi üçün iş gedir”.

Oxşar xəbərlər
OTACI