Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Doqquz il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır - FOTO

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzda 9 il əvvəl ölən piyadanın yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü kilometrliyində avtomobil naməlum piyadanı vurub, piyada aldığı xəsarətdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI