Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı-RƏSMİ

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ndiyə qədər Azərbaycanda İİV infeksiyasından 1119 nəfər vəfat edib.

Press.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərin müalicəsinə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Xatırladaq ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edilir.

Oxşar xəbərlər
OTACI