Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"WhatsApp"dan XƏBƏRDARLIQ! - Bunu etməyənlərdə zənglər və mesajlar dayandırılacaq - VİDEO

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kifayət qədər istifadəçisi olan "WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

Press.az Xəzər TV-yə istinadən xəbər verir ki, yenilənən istifadəçi müqaviləsini qəbul etməyənlər üçün zənglər və mesajlar daxil olmaqla müəyyən funksiyalar tədricən məhdudlaşdırılmağa başlanır.

Yeni qaydalara əsasən, xidmət "Facebook" sosial şəbəkəsi ilə məlumat mübadiləsi edəcək. Bəzi vətəndaşlar yeni qaydalarla razılaşmırlar.

Bir neçə həftə məhdud funksionallıqdan sonra bır sıra limitlər tətbiq olunacaq.

Ekspert Rəşad Əliyev bildirib ki, yanvarda "WhatsApp" fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi müqaviləsinə əlavə bənd daxil edərək yeniləyib.

İstifadəçilər yeniləmələri "əlverişli tempdə" oxuyub qəbul edə bilsinlər deyə, şirkət istifadəçi müqaviləsinin tətbiqini fevralın 8-dən mayın 15-dək təxirə salıb.

Oxşar xəbərlər
OTACI