Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bazar günü olsa da, ictimai nəqliyyat işləyəcək

16 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli müvafiq qərarına əsasən, 12 may iş günü ilə 16 may istirahət gününün yerləri dəyişdirilib.

"Press.az" xəbər verir ki, həmin qərarda da qeyd olunduğu kimi 16 may səhər saat 06:00-dan ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Belə ki, bu gün saat 06:00-dan etibarən müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri idi. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirimişdi.

Oxşar xəbərlər
OTACI