Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə çempion müəyyənləşdi

15 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Press.az xəbər verir ki, bu, "Beşiktaş" olub. Komanda son - 42-ci turda "Göztəpə" ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

"Qalatasaray" isə evdə "Yeni Malatyaspor"u məğlub edib - 3:1.

3-cü yerdə olan "Fənərbaxça" isə "Kayserispor"a son dəqiqə qolları ilə qalib gəlsə də, çempion ola bilməyib- 1:2.

Nəticədə turnir cədvəlindəki duruma əsasən, "Beşiktaş" və "Qalatasaray"ın 84 xalı, "Fənərbaxça"nın isə 82 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə "Qalatasaray"dan 1 top üstün olan "Beşiktaş" çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə "Göztəpə" ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu, "Beşiktaş"ın tarixindəki 21-ci Superliqa çempionluğudur.

"Kayserispor" - "Fənərbaxça" - 1:2

Qollar: Enriki, 18 - Valensiya, 90, pen, Aziz, 90+6

"Qalatasaray" - "Yeni Malatyaspor" - 3:1

Qollar: Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 - Buyuk, 39

"Göztepe" - "Beşiktaş" - 1:2

Qollar: Öztürk, 24 - Vida, 10, Qezzal, 69

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI