logo
First slide

Zəngəzurda danışıqlar bitdi

15 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar bu gün nəticəsiz bitib".

Press.az publika.az-a istinadən xəbər verir ki, bunu News.am-a Sünik bölgəsinin Akner kəndinin bələdiyyə sədri Spartak Minasyan deyib.

O bildirib ki, danışıqların sabah davam edib-etməyəcəyi ilə bağlı onda məlumat yoxdur.

Qeyd edək ki, bu gün aparılan danışıqlarda Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.

Xatırladaq ki, sərhədin demarkasiya və delimitasiyası çərçivəsində aparılan işlərlə bağlı Ermənistanın yaratdığı gərginlikdən dolayı danışıqların bu gün saat 15:00-da davam etdiriləcəyi bildirilmişdi.

Oxşar xəbərlər
OTACI
OTACI