Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bahalaşan və ucuzlaşan ərzaq məhsulları açıqlandı

15 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkədə bahalaşan və ucuzlaşan ərzaq məhsulları ilə bağlı statistika açıqlanıb.

Press.az xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qymətlərində müşahidə olunub.

Ucuzlaşma isə təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində qeydə alınıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oxşar xəbərlər
OTACI