Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana qoyulan daha bir QADAĞA aradan qaldırıldı

13 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi "Rosselxnadzor" mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

Bu barədə qurumdan yayılan məlumatda bildirilib.

Məlumata əsasən, qərar birgə videoyoxlanış zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunları, eləcə də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təminatı əsasənda qəbul olunub.

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında "Rosselxnadzor" Azərbaycandan idxal olunan pomidorlarda Cənubi Amerika güvəsi aşkar olunduğunu bəyan edərək müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Oxşar xəbərlər
OTACI