Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Operativ Qərargahın qərarlarına, qaydalarına riayət etməliyik" - Allahşükür Paşazadə

13 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün qarşımızda COİVD-19 pandemiyası kimi bir çətinlik dayanır. Allah tezliklə bizi bu xəstəlikdən azad etsin. Biz də Operativ Qərargahın qərarlarına, qaydalarına riayət etməliyik”.

Press.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, bu, çox ağır xəstəlikdir: “Bu gün dünyanın böyük dövlətləri də bir gün ərzində minlərlə vətəndaşını itirir. Bir təyyarə qəzasında 200-300 nəfər həlak olanda bütün dünya o dövlətə, xalqa başsağlığı verir. İndi isə hər gün minlərlə insan bu xəstəlikdən həyatını itirir, bəzi dövlətlərdə ənənələrə uyğun olaraq gün ərzində meyitləri yandırmağa odun da çatmır. Allah bizi belə bəladan saxlasın”.

Oxşar xəbərlər
OTACI