logo
First slide

Rusiya millisi Avro-2020 üçün heyəti açıqladı

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya millisi Avro-2020 üçün genişləndirilmiş heyətini açıqlayıb.

Press.az Rusiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, siyahıda 26 oyunçu yer alıb:

Qapıçılar: Yuri Dupin ("Rubin"), Andrey Lunev ("Zenit"), Matvey Safonov ("Krasnodar"), Anton Şunin ("Dinamo");

Müdafiəçilər: Georgi Cikia ("Spartak"), İgor Diveev, Mario Fernandes (hər ikisi - MOİK), Roman Evgeniev ("Dinamo"), Yuri Jirkov, Vyaçeslav Karavaev (hər ikisi - "Zenit"), Fedor Kudryaşov ("Antalyaspor"), İlya Samoşnikov ("Rubin"), Andrey Semyonov ("Axmat");

Yarımmüdafiəçilər: Dmitri Barinov, Rifat Zemaletdinov, Maksim Muxin (hamısı - "Lokomotiv"), Aleksander Qolovin ("Monako"), Arsen Zaxaryan, Daniil Fomin (hər ikisi - "Dinamo"), Roman Zobnin ("Spartak"), AlekseyLIonov ("Krasnodar "), Daler Kuzyaev, Andrey Mostovoy , Magomed Ozdoev (hamısı - "Zenit"), Denis Makarov ("Rubin"), Aleksey Miranchuk ("Atalanta"), Denis Çeryşev ("Valensiya");

Hücumçular: Artyom Dzyuba ("Zenit"), Anton Zabolotni ("Soçi"), Aleksander Sobolev ("Spartak").

Oxşar xəbərlər
Category news

tr_star

13 Jun 2021

OTACI
OTACI