Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskva Rusiya və ABŞ prezidentlərinin görüşü ideyasına müsbət yanaşır. 

Press.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib. 

“ABŞ Prezidenti Co Baydenin Prezident Putinlə danışığı zamanı Rusiya-ABŞ sammitinin keçirilməsi perspektivinə dair suala gəldikdə, deyə bilərəm ki, biz buna müsbət yanaşırıq”. 

Bundan əvvəl Co Bayden Vladimir Putinə ikitərəfli münasibətləri müzakirə etmək üçün Avropa ölkələrinin birində görüş keçirməyi təklif etmişdi. Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tuta biləcəyini qeyd edib. 

Oxşar xəbərlər
OTACI