Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələdə karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Soyuq bulaq” restoranının gecə saat 1 radələrində sanitar–epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən restoranın sahibi Cavid Vahabovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

C.Vahabov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər
OTACI