Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təmkin Xəlilzadədən "Neftçi" açıqlaması

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gündür adı “Neftçi” ilə hallanan "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə yayılan xəbərlərə münasibət bildirib.

Press.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. O, “Neftçi” ilə razılaşması xəbərlərinin düzgün olmadığını bildirib:

“Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.

Qeyd edək ki, millimizin üzvünün “Sabah”la müqaviləsi mövsümün sonuna qədərdir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI