Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda bəzi yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.

Bu barədə Press.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.

Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutulur. Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxşar xəbərlər
OTACI