Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Hindistanda sürətlə yayılan üçqat mutasiya etmiş “B.1.617” ştammını narahatlıq doğuran variant adlandırıb.

Press.az “CNBC” telekanalına istinadən xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 üzrə texniki mütəxəssisi Mariya van Kerkhove bildirib.

O əlavə edib ki, tədqiqatlar “B.1.617” ştammının koronavirusun ilkin variantından daha sürətlə yayıldığını göstərib. Bundan başqa qeyd olunub ki, vaksinlər bəzi hallarda bu ştamma qarşı təsirsiz ola bilər.

Mariya van Kerkhove buna rəğmən, vaksinlərin hələ də effektiv hesab olunduğunu bildirib.

Oxşar xəbərlər
OTACI