Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 7 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Press.az xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

//APA

Oxşar xəbərlər
OTACI