Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin Azərbaycandakı səfiri Qubada səfərdə olub – FOTO

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.

Press.az xəbər verir ki, bununla bağlı xəbəri səfir öz “Twitter” hesabında paylaşıb.

O, Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.

“1918-ci ildə 2000-dən çox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, - səfir qeyd edib.

Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını və Quba məscidini də ziyarət edib. 

“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”, - səfir bildirib.

//Oxu.az

Oxşar xəbərlər
OTACI