Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÇL-in finalı üçün yeni ölkə

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu mövsüm Çempionlar Liqasının finalı Portuqaliyada keçirilə bilər.

Press.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə hökuməti ilə UEFA nümayəndələri arasında finalın Londonda oynanılması ilə bağlı danışıqlarda  razılıq əldə olunmayıb. Vacib görüşdə bəzi önəmli problemlərin həll olunmadığı vurğulanıb. Bundan sonra finalın İngiltərə əvəzinə Portuqaliyada keçirilməsi gündəmdədir.

Ötən il də final ərəfəsində koronavirusun yayılmasının qarşısını almaq üçün final Türkiyədə yox, Portuqaliyada təşkil olunmuşdur.

Xatırladaq ki, İngiltərə hökuməti  Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil edib, Portuqaliyaya səyahət edəcək vətəndaşlara isə heç bir məhdudiyyət qoyulmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşündə “Mançester Siti” və “Çelsi” qarşılaşacaq. Final qarşılaşması 29 mayda, Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionuda keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI