Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

HEYDƏR ƏLİYEV - İNSAN VARLIĞININ ƏN ALİ ZİRVƏSİ! - Kəmalə Abbasova

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

«Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!»

Heydər ƏLİYEV

10 may - Azərbaycan xalqının yaddaşında xüsusi iz buraxmış tarixi bir gündür. Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev adı Azərbaycanın dirçəlişi yolunda əvəzsiz xidmətləri, müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafı, ölkənin stabillik və inteqrasiya faktoruna çevrilmiş balanslı daxili və xarici siyasət konsepsiyasını işləyib hazır-laması, xalqın rifah və azadlığının etibarlı təminatı kimi çıxış edən iqtisadi islahat-ları ilə mahir dövlət başçısı, istedadlı siyasətçi kimi yaddaşlarda həkk olunmuşdur.

Heydər Əliyev kimi insanlar bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən sayılırlar. Onlar təkcə öz xalqlarının rifahı naminə deyil, bəşəriyyətin inkişafı, dünyada sülhün bərqərar olması naminə fəaliyyət göstərmiş, bütün təzyiqlərə sinə gərmişlər.

Milli-mənəvi dəyərlər hər xalqın, millətin, şəxsin kimliyini ortaya qoyur. Milli-mənəvi dəyərləri qoruyan, təkmilləşdirən, ona əməl edən xalq həmişə hör-mətlə qarşılanmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu və əməyi olmuşdur. Onun fəaliyyətində, əməllərində bir tamlıq vardır. Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsinin yaradıcısıdır. Azərbaycançılıq nədir? Bu sualın ən mükəmməl cavabını Heydər Əliyev vermişdir: «Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir».

Heydər Əliyev təməlindən bu günümüzə gələn uğurlu bir yol vardır. Bu həmin o, yoldur ki, “Öndər Yolu”  deyərkən qurur hissi keçiririk. Əslində bu tarix haqqında çox danışmaq olar. Lakin, özünün bir tarix olduğunu bildiyimiz və bu tarixin bəşəriyyətə verdiyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” töhfəsini qoruyub, gələcək nəsillərə ötürmək kimi məsuliyyətli bir iş düşür. İndi hər bir Azərbaycanlı bu sözləri böyük qürür hissi ilə deyir. Bununla Heydər Əliyev xalqının ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl–Heydər Əliyev ideyalarından güc alan məşəli yandırmışdır. Bu gün bizlər bir azərbaycanlı olaraq bu məsuliyyəti çiyinlərimizdə daşımaqla bir növ bizə qoyulmuş olan mirası tapmış olarıq.

Ulu öndər Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaşadarkən, ilk növbədə, tariximizin maraqlı səhifələrini özündə yaşadan abidələrə, əsərlərə, şəxsiyyətlərə, ümumtürk dəyərlərinə daxil edilən əsərlərə üstünlük verirdi. Onun məqsədi tariximizin görkəmli səhifələrini xalqımızın bugünkü və gələcək nəsillərinə, bütün dünyaya daha yaxşı tanıtmaq idi.

H.Əliyevin uzaqgörənliyi təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevinclə qarşılandı. O, Türkiyədə «2001-ci ilin müdrik dövlət adamı» seçildi.

Bütün bunlar «Heydər Əliyev – Xalq! Xalq – Heydər Əliyev» kəlamının təsadüfi yaranmadığını sübut edir. Çünki o, dahidir! Dahilər isə ölmürlər, əbədiyyətə qovuşur, mənsub olduqları xalqın, bəşəriyyətin mənəvi, dünyəvi günəşinə çevrilir, zamana, ölkəyə sığmırlar. H.Əliyev bəşər dünyasına məxsus olan bu cür dahilərdəndir.

İllər, əsrlər ötəcək, müstəqil Azərbaycan dövləti daha da inkişaf edəcək, iqtisadi və siyasi cəhətdən dünyada ən güclü, ən qüdrətli, çiçəklənən bir ölkəyə çevriləcək. Hər il böyüməkdə olan nəsil Ulu öndərimizi hər il yad edəcək, alimlər və yazarlar onun həyat Kitabına yeni-yeni səhifələr açacaq, onun fəaliyyətini işıqlandıracaq, Ulu öndərimizi və onun tarixi xidmətlərini layiqincə qiymətləndirəcəklər. O, parlaq bir ziyalıdır, ucalıq, şəffaf və ülvülük rəmzi olan bir dağdır. Xalq müdrikdir – dağdan uzaqlaşdıqca, onun nə qədər möhtəşəm olduğu görünür. O, tarixdə əbədi olaraq öz əməlləri ilə yaşayacaqdır. Bu gün ziyarətə çevrilən məqbərəsi, Azərbaycanı təbliğ edən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi onun adını ucaldan obyektlərlə nəsillərin yaddaşında həkk olunacaqdır.

Azərbaycan xalqı heç zaman tarixini unutmur və unutdurmayacaqdır!  Necə ki, Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi “Tarix heç nəyi silmir. Tarix həmişə hər şeyi öz yerinə qoyur.” Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Daima xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.

Tarixin bizə bəxş etdiyi və bizim onu tarixə verdiyimiz,sevərək yaşatdığımız və yaşadaraq sevdiyimiz Heydər Əliyev yaşadı, yaşatdı, sevdi sevdirdi... Bölmədi, birləşdirdi... Ayırmadı, qovuşdurdu... Vuruşdurmadı, barışdırdı... Söndürmədi, alışdırdı... Endirmədi, qaldırdı... Dağıtmadı, qurdu bu Vətəni, bu yurdu!..

Dünyada hər şey dəyişir. Qalan saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Azərbaycan Dövlətini yaşatmaq, əbədiləşdirmək üçün Ulu öndərimizin ideyalarına sadiq qalmaq və bu ideyaları dəstəkləmək çox vacibdir.

Bu gün bizim yaşadığımız Azərbaycan artıq firəvan bir dövlətdir. Bunun  əsas səbəbi Heydər Əliyev zamanından qoyulmuş bir təməldir. Bu gün də bu təməlin uğurlu olaraq davam etdirilməsi danılmaz bir faktdır. Bəli, Heydər Əliyev yolunun davamçısı İlham Əliyev bu günümüzün real tarixi şəxsiyyətidir. Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Cənab Prezident İlham Əliyev başda olmaqla, Qəhrəman Azərbaycan Ordusunun qüdrəti, misilsiz vətənpərvərliyi və güclü döyüş əzmi sayəsində, həmçinin Azərbaycan xalqı birlik olaraq yeni tarix yazdı. Heydər Əliyevin dediyi kimi “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”. Şəhidlərimizin qanı, qazilərimizin gücü, əsgərlərimizin qüdrəti və xalqımızın birliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Azərbaycanın 3 rəngli, şəhidlərin qanı ilə ucaldılmış bayrağımızı işğal altından azad olunan bütün torpaqlarımızda sancdı! Ulu Öndər ruhun şaddır bu gün... Cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi.. Biz artıq bütöv Azərbaycanın övladlarıyıq! Qarabağlı Azərbaycanın..!

ABBASOVA KƏMALƏ MİRZƏAĞA QIZI

Hüquqşünas, Sosial işçi, Təlimç

Oxşar xəbərlər
OTACI