Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mixail Qusman: “10 May Milli birlik və dirçəliş bayramına çevrilib”

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tarixən belə alınıb ki, Ümummilli Lider Heydər Əliyevin 10 May doğum günü Yer üzünün bütün dürüst insanları tərəfindən qeyd olunan 9 May Qələbə Günündən sonrakı günə təsadüf edib. Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev həmişə Qələbə gününə böyük əhəmiyyət verirdi. Bu, Sovet dövründə də belə idi, Bakıda təntənəli tədbirlər, bayram nümayişləri keçirilirdi. Heydər Əliyev həmişə Azərbaycandan olan müharibə qəhrəmanları, veteranlarla görüşürdü. O zaman onlar məlum səbəblərdən daha çox idilər”.

Bu sözləri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Caliber.Az-a açıqlamasında bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Heydər Əliyev böyük qayğı ilə əhatə olunmuş veteranlara hər zaman böyük diqqət göstərirdi:

“O, hər zaman hesab edirdi ki, gənc nəsil Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi böyük töhfəni dəyərləndirməli və anlamalıdır. Azərbaycanın yarım milyondan çox sakini cəbhəyə yollanıb, tanklar, təyyarələr, avtomobillərdə istifadə olunan yanacaq və sürtkü yağlarının demək olar ki, 90 faizi Azərbaycan neftindən istehsal olunurdu.

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycanın Qələbəyə verdiyi töhfə ilə bağlı abidələrin, əlamətdar günlərlə əlaqədar müxtəlif yerlərin açılışı olurdu. Mən Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və sonradan hərbi liseyə çevrilən Cəmşid Naxçıvanski adına məktəbi xüsusilə qeyd edərdim. Bu, Azərbaycanda tamamilə yeni bir hadisə idi, çünki əvvəllər belə hərbi məktəblər yox idi. Heydər Əliyev bu məktəbə himayəlik edirdi, dəfələrlə oranı ziyarət etmişdi və bu məktəbin məzunlarını müstəqil Azərbaycanın müdafiəçiləri kimi görürdü.

Azərbaycanda bu gün də böyük qələbənin qəhrəmanlarını anmaq, Heydər Əliyevin rəhbərliyi dövründə olan veteranlara qayğı göstərmək ənənəsini davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü hər il Heydər Əliyevin ad günü ərəfəsində veteranlarla görüşür, onlara xüsusi hörmət nümayiş etdirir. 9 May böyük Qələbə Günüdür, 10 May isə  Azərbaycanda Ümummilli Liderə sədaqət bayramı, Milli birlik və dirçəliş bayramı gününə çevrilib. 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra isə bu iki tarix əlavə yüksək məna qazandı”, - deyə Mixail Qusman bildirdi.

Oxşar xəbərlər
OTACI